Rusiyanın Xəzərdəki “Tatarıstan” gəmisində modernləşmə işləri aparılıb

Rusiya Hərbi Dəniz Qüvvələrinin Xəzər donanmasının flaqmanı sayılan “Tatarıstan” gəmisində modernləşmə işləri aparılıb.

“AzeriDefence”nin Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumatına görə, modernləşmə işləri Həştərxandakı “Zvezdoçka” gəmi təmiri zavodunda aparılıb.

Gəmidə idarəetmə, texniki və mexanizmlər istiqamətlərində modernləşmə işləri görülüb.

Modernləşmə zamanı “Tatarıstan” gəmisi yeni “Qals” radiolakasiya stansiyası ilə təchiz edilib. Bu stansiya gəminin qeyd olunan sahə üzrə imkanlarını genişləndirəcək, əsasən də hava və suüstü obyektlərin aşkarlanması işində daha effektiv olacaq.

Bundan başqa gəminin bort və mühərrik bölmələrində də yenilənmə işləri aparılıb.

Gəmi artıq xidməti yerinə – Maxaçqala şəhərindəki hərbi limana qaytarılıb.

 

KATEQORIYA:
Bu xəbəri paylaş