Rusiyanın Xəzər donanmasının flaqmanı Bakıya gələcək – EKSKLÜZİV

Rusiyanın Xəzər Flotiliyasının flaqmanı olan “Tatarıstan” gözətçi gəmisinin digər Xəzəryanı ölkələrin hərbi portlarına dostluq səfəri planlaşdırılır.Bu barədə “AzeriDefence”yə eksklüziv olaraq Rusiyanın Xəzər Hərbi Flotiliyasının qərargahından bildirilib.

Hazırda səfərin tarixi dəqiqləşdirilir. Səfər çərçivəsində “Tatarıstan” gəmisi Aktauda, Bakıda, Türkmənbaşı və Ənzəli portlarında olacaq.

Qərargahdan anoloji səfərlərin bundan əvvəl də təşkil olunduğu bildirilib.

Qeyd edək ki, 11661 layihəli “Gepard” sinfli döyüş gəmisi olan “Tatarıstan” gəmisinin çəkisi 1930 ton, uzunluğu 102 metrdir. Hazırda Xəzərdə ən güclü hərbi gəmi hesab olunan “Tatarıstan” raket, zenit-raket və artilleriya silahlarına malikdir. Gəminin əsas silahı 130 kilometrə qədər atış uzaqlığına malik X-35E tipli gəmi əleyhinə qanadlı raketlərə malik “Uran” zərbə kompleksidir. Artilleriya silahlanmasına 76,2 mm-lik AK-176M və 30-mm-lik AK-630M avtomat topları daxildir. Gəminin hava hücumuna qarşı müdafiəsini “Osa-MA” raketləri təmin edir. Bununla yanaşı adıçəkilən gəmidə qayığa qarşı 533 mm-lik torpedalar quraşdırılıb.

KATEQORIYA:
Bu xəbəri paylaş