Rusiyanın Xəzərdəki flaqman gəmisi yeni RLS-lə təchiz olunub

Rusiya HDQ Xəzər Flotiliyasının flaqmanı “Tatarıstan” raket gəmisinin radarı yenilənib.
Bu barədə “AzeriDefence” Rusiya Müdafiə Nazirliyinin saytına istinadən məlumat verib.

Aparılmış modernləşmə nəticəsində gəmidə “Qals” radarı qurulub. Bu günlərdə radarın sınaqları başa çatıb.

“Qals” radarı hava və suüstü hədəflərin aşkarlanması üçün geniş imkanlara malikdir. Avtomatik rejimdə radar hədəfi aşkarlayır, onun kursunu, sürətini hesablayaraq gəmi heyətinə ötürür.

Modernizasiya nəticəsində gəmi daha müasir suüstü izləmə-aşkar etmə sistemi müasir avadanlığına, maneə yaratma, radioelektron mübarizə və gəmilərə qarşı mübarizə vasitələri ilə təchiz olunacaq.

KATEQORIYA:
Bu xəbəri paylaş