Rusiyanın yeni AWACS-ı ilin sonu ilk test uçuşunu gerçəkləşdirəcək

Rusya İL-96-400 Havadan Xəbərdarlıq və Nəzarət (AWACS) təyyarəsinin yaradılması üzərində işləri tamamlamaq üzərədir.

Bu barədə “AzeriDefence” xarici mediaya istinadən məlumat verib.

AWACS təyyarəsi “Voronej” zavodunda hazırlanır. “Qiyamət Günü” adı verilən İL-96-400 hərbi təyyarəsinin ilk test uçuşları 2016-cı ilin sonlarında həyata keçiriləcək.

Rusiya Müdafiə Nazirliyinin balansında havadan xəbərdarlıq və nəzarət təyyarəsi kimi istifadə ediləcək İL-96-400 yüksək texnoloji xüsusiyyətləri və aktiv qoruma qalxanı ilə diqqət çəkir. Çox kanallı rabitə sistemləri ilə təchiz edilən təyyarə havada yanacaqdoldurma imkanı hesabına uzun müddət uçuş edə biləcək.

Qeyd edək ki, Rusiyanın hələ də havadan xəbərdarlıq və nəzarət məqsədli istifadə etdiyi İL-86 və İL/86VKP tipli təyyarələrini də modernizasiya etməsi gözlənilir.

KATEQORIYA:
Bu xəbəri paylaş