Rusiyanın yeni AWACS təyyarəsinin ilk sınaq uçuşları keçirilib

Rusiyanın “Taqanroq” aviasiya elmi-texniki kompleksində hazırlanan və “A-100 Premier” adı verilən Havadan Xəbərdarlıq və Nəzarət (AWACS) təyyarəsinin ilk sınaq uçuşları keçirilib.

Bu barədə “AzeriDefence” Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verib.

“Uçan radar” adlandırılan “A-100 Premier” radiolokasiya patrul təyyarəsi bütün sınaqları tamamlandıqdan sonra, 2019-ci ildə Rusiya Hərbi Hava Qüvvələrinin istismarına veriləməsi planlaşdırılır.

Qeyd edək ki, yeni “A-100 Premier” radiolokasiya patrul təyyarəsi İl-76MD-90A təyyarəsinin bazasında yaradılıb. Təyyarəyə quraşdırılan radar sistemi hərəkət edən və hərəkətsiz yerüstü, dəniz hədəfləri, müxtəlif obyektləri, helikopterləri, aşağı hündürlükdə və zəif sürətlə uçan hava aparatlarının aşkar və nəzarət edilməsinə imkan verir.

“A-100 Premier” Rusiya hərbi aviasiya parkından çıxarılması planlaşdırılan “Beriev A-50” və A-50U təyyarələrini əvəz edəcək.

 

 

 

KATEQORIYA:
Bu xəbəri paylaş