Rusiyanın yeni pilotsuz uçuş aparatı “Helios” – FOTO

Rusiyanın yeni pilotsuz uçuş aparatı “Helios” – FOTO

Rusiya “Helios” adlı yeni pilotsuz uçuş aparatı (PUA) hazırlayıb.

Azeri Defence saytının Rusiya mediasına istinadən verdiyi məlumata görə, “Helios” PUA Rusiyanın Sənaye və Ticarət naziri Denis Manturovun “Çernışev adına Moskva maşınqayırma müəssisəsi” ASC-ə səfəri zamanı nümayiş olunub.

“Çernışev adına Moskva maşınqayırma müəssisəsi” ASC-ə daxil olan “Kronştadt” şirkəti tərəfindən hazırlanan “Helios” PUA orta hündürlük və uzaq məsafə (MALE) sinifinə məxsusdur.

“Helios” pilotsuz uçuş aparatı ABŞ-ın “General Atomics Aeronautical Systems Inc” (GA-ASI) şirkəti tərəfindən istehsal edilən kəşfiyyat və zərbə xarakterli MQ-9 “Reaper” PUA-nın analoqu hesab edilir.

KATEQORIYA:
Bu xəbəri paylaş