“Ruslan” təyyarəsinin mühərriki modernləşdirilir

Ukraynanın “Antonov” dövlət şirkəti An-124 “Ruslan” nəqliyyat təyyarəsinin mühərrikini modernləşdirəcək.

Bu barədə “AzeriDefence”yə “Antonov”un mətbuat xidmətindən məlumat verilib.

Layihənin həyata keçirilməsi ilə bağlı “Antonov” və “İvçenko-Proqress” şirkətləri “Motor Ciç”in iştirakı ilə protokol imzalanıb. Adıçəkilən qurumlar 3-cü seriya D-18 və 3M təyyarələrinin mühərrikində modernləşmə aparacaqlar.

Proqramın icrasına gələn ildən başlanılacaq.

Modernləşmə prosesi mühərrikin səsinin azaldılması, atmosferə zərərli tullantıların atılması istiqamətində həyata keçiriləcək.

Xatırladaq ki, “Ruslan” nəqliyyat təyyarələri dünyanın 900 hava limanında istismardadır.

 

KATEQORIYA:
Bu xəbəri paylaş