Ruslar “Barnaul-T”nin xaricə satışına başlayıblar

Rusiyanın “Rostex” Dövlət Şirkətlər Qrupuna daxil olan “Rubin” Cihazqayırma Müəssisəsi hava hücumundan müdafiə bölmələri üçün nəzərdə tutulan “Barnaul-T” kompleksinin ixracına başlayıb.

“Rostex”dən “AzeriDefence”yə verilən məlumata görə, artıq xarici sifarişçilər tərəfindən 7 belə modulun alınmasında dair razılıq əldə edilib.

Şirkətdən bildirilib ki, “Barnaul-T” quru qoşunlar, dəniz piyada birlikləri, hava-desant bölmələrinin idarə olunması üçün təyinatlıdır.

“Barnaul-T” hava hədəflərinin kəşfiyyatı, koordinatların müəyyənləşdirilməsi, zenit bölmələrinin idarə edilməsini formalaşdırır və döyüşün həyata keçirilməsi üçün təyinatına uyğun digər tədbirləri reallaşdırır.

Kompleks istənilən zenit sisteminə inteqrasiya oluna bilir. Bundan başqa kompleksin xarici sifarişçilərin istəyinə uyğun olaraq da digər HHM sistemlərinə tətbiq edilməsi mümkündür.

 

KATEQORIYA:
Bu xəbəri paylaş