Ruslar BMD-4M desant maşınını sınaqdan keçirir

Rusiya hərbi sənayesi BMD-4M tipli dördüncü nəsil müasirləşdirilmiş desant döyüş maşınının sınaqlarını keçirir. Bu barədə “AzeriDefence” Rusiya hərbi mediasına istinadən məlumat verib.

BMD-4M maşını 500 at gücündə mühərriklə təchiz edilib ki bu da saatda 70 kilometr sürət yığmağa imkan verir. Suda isə 10 km/saat sürətlə hərəkət edə bilir.

Maşın rəqəmli informasiya sistemi və gövdə kompüterinə malikdir. Gövdə komüteri nasazlıqları müəyyən etməyə və bütün temperatur dəyişikliyini, habelə spidometr, taxometr, maşında yanacağın həcmini görməyə kömək edir. Maşında qurulmuş top və pulemyot xüsusi rəqəmli sistemin köməyi ilə idarə olunur. Bu hədəfləri daha uzaq məsafədə məhv etməyə imkan yaradır. Bundan başqa, döyüş maşınına kosmik naviqasiya sistemi qurulub.

KATEQORIYA:
Bu xəbəri paylaş