Ruslar İtaliya Müdafiə Nazirliyinin məlumat bazasını dağıdıb: Ordunun məxfi materialları ələ keçirilib  

Rusiyalı hakerlər İtaliya Müdafiə Nazirliyinin serverini – virtual məlumat bazasını dağıdıblar.

“AzeriDefence”nin məlumatına görə, bu xəbəri “Il Messaggero” qəzeti İtaliyanın Daxili İşlər Nazirliyinin kibercinayətkarlığa qarşı mübarizə idarəsinə istinadən yayıb.

Qəzet yazır ki, rusiyalı hakerlər Müdafiə Nazirliyinin mərkəzi bazasının “açar”ını sındıraraq hərbi materialara daxil olublar və bir çox məxfi məlumatları ələ keçiriblər.

Müdafiə Nazirliyinin məlumat bazasına hücumların 2014-cü ildən başlandığını yazan mətbuat orqanı, araşdırmalar nəticəsində hakerlərin Rusiya ərazisindən prosesi idarə etdiyini aşkarlaya biliblər.

Rusiyalı hakerlər nazirliyin şəbəkəsinə virus buraxıblar, bu da bəzi kompyuterlərin sıradan çıxmasına səbəb olub.

 

 

KATEQORIYA:
Bu xəbəri paylaş