Ruslar Ka-226T helikopterini pilotsuz etməyi planlaşdırır

“Rusiya helikopterlər” şirkəti Ka-226T yüngül helikopterin pilotsuz versiyasını hazırlayır.

“AzeriDefence”nin məlumatına görə, bunu şirkətin baş direktoru Andrey Boqinskiy “Hеlirussia-2017” helikopter sərgisinin açılış mərasimində jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, dünyanın heç bir yerində belə helikopter yaradılmayıb:

“Həqiqətən biz helikopterin bu variantını ona görə hazırlayırıq ki, çünki nə Rusiyada nə də dünyada belə versiyada hazırlanan helikopter yoxdur. Helikopterdə mexaniki idarəetməni avtomatik idarəetməyə çevirmək lazımdır”, – deyə A.Boqinskiy əlavə edib.

Ka-226T yüngül çoxməqsədli helikopter istənilən hava şəraitində nəqliyyat və xüsusi məsələlərin icrası üçün hazırlanıb. Helikopter 1.5 tona qədər yükü 600 kilometr məsafəyə qədər daşıya bilir. Ka-226T-nin uçuş kütləsi — 3,4 tondur.

KATEQORIYA:
Bu xəbəri paylaş