Ruslar Mi-171A2 helekorterinin istehsalına hazırlaşır

Moskvadakı “Milya” adına zavod “Mi-171A2” markalı helekorterin ilk nümunəsini hazırlayıb. “AzeriDefence” saytının məlumatına görə, MV3 füzelyayı Ulan-Ude Aviasiya Zavodu tərəfindən hazırlanmış “Mi-171A2”-nin seriyalı istehsalına isə 2014-cü ildə başlanması gözlənilir. Buna qədər isə helekorter bir sıra testlərdən keçiriləcək. O cümlədən yerli və xarici standartlara uyğunluğu müəyyənləşdiriləcək.

Yayılan məlumatlara görə, “Mi-171A2” əslində “Mi-171A1” modelinin bazasında hazırlanıb və Rusiya helekorterləri arasında ən təhlükəsiz uçuş imkanlarına malik uçuş araratı kimi qiymətləndirilir. Bir çən yanacaqla helekorter 850 km məsafəsində uçuş həyata keçirə biləcək. Həmçinin 5 tona qədər yükü də daşımaq gücünə malikdir.

Bundan başqa “Mi-171A2” helikorteri -50-dən +50 dərəcəyədək temrraturda, o cümlədən yüksək səmt küləkləri zamanı da uçuş həyata keçirə biləcək. Helekorterin digər texniki xarakteriskası haqda isə əlavə məlumatlar açıqlanmayıb.

KATEQORIYA:
Bu xəbəri paylaş