Ruslar S-500 zenit-raket kompleksinin sınaqlarına başlayacaq
Bu ilin sonuna kimi S-500 zenit-raket kompleksinin yaradılması prosesi yekunlaşacaq və ilkin sınaqların keçirilməsinə başlanılacaq.
“AzeriDefence”nin məlumatına görə, bunu Rusiya hərbi-sənaye komissiyasının eksperti Viktor Muraxovski bildirib.
O deyib ki, kompleksin 2020-ci ildə silahlanmaya verilməsi nəzərdə tutulub. V. Muraxovskinin sözlərinə görə, raket kompleksi ballistik və kosmik hava hücumlarına qarşı yaradılıb. Bu silah sələflərinin ən yaxşı xüsusiyyətlərini özündə cəmləşdirib.
Məlumatda o da qeyd olunub ki, hava hücumundan müdafiə üzrə ixtisaslanan “Almaz-Antey” şirkəti 2010-cu ildən S-500 “Promotey” zenit-raket kompleksinin yaradılması istiqamətində çalışmalar aparır.
Kompleks 850 km-də hədəfi aşkar, 600 km-də isə məhv etmə imkanına malik olacaq.