Ruslar yeni PUA-nın təqdimatını keçirtdi

Yeni ZALA421-16Е5 operativ-taktik pilotsuz uçuş aparatının təqdimatı keçirilib.

“AzeriDefence”nin məlumatına görə, yeni məhsul “ZALA AERO GROUP” tərəfindən istehsal olunub.

Şirkətin baş konstruktoru Aleksandr Zaxarov bildirib ki, ZALA421-16Е5 uzaq məsafə qət etmək və uzun müddət istifadə imkanına malikdir.

Konstruktorun sözlərinə görə, bu yeni pilotsuz uçuş aparatının istehsalında unikal texnologiyalardan istifadə edilib. Yeniliklərdən biri də PUA-da öz-özünü texniki müayinə və kontrol etmə sistemi də qurulub. Bu da PUA-nın etibarlılığını artırıb.

Yeni məhsul avtonom və mobillik imkanına malikdir. Həmçinin uçuş saatı 6-7 saata, məsafəsi isə 150 km-ə çatdırılıb. Ən əsası isə sistemin nəzarət radiusu 21000 kv/km-dir.

Qeyd edək ki, “ZALA AERO GROUP” “Kalaşnikov” konserninə daxil olan şirkətdir.

KATEQORIYA:
Bu xəbəri paylaş