Ruslardan yeni termal nişangah

Rusiyanın Novosibirsk Cihazqayırma Zavodu PT3 adlı yeni termal nişangahını təqdim edib. Bu barədə “AzeriDefence”yə müəssisədən məlumat verilib.

Zəif işıqlı mühitdə atışların həyata keçirilməsi üçün nəzərdə tutulan termal nişangah 5,6×39, 7,62×39, 7,62x54R, .223Rem., .308Win., 9x39SP5 (SP6) çaplı güllələrin atəşn təsirindən yüklənməyə dözür.

Termik nişangahın iş prinsipi müşahidə edilən obyektlərin infraqırmızı şüalanmasının dəyişikliyinə əsaslanır. Mikro displey ekranda görülən təsvirə çevrilir. Cihaz ən azı 1,2 kilometr məsafədə adi gözlə görünməyən insanın və ya predmetin istilik şüasını aşkar etməyə bacarıqlıdır. Nişangahın kronşteynsiz çəkisi cəmi 690 qramdır.

KATEQORIYA:
Bu xəbəri paylaş