Rusların ən yeni döyüş təyyarəsi qəzaya uğrayıb

Rusların ən yeni döyüş təyyarəsi qəzaya uğrayıb

Bu gün Rusiyanın Xabarovsk şəhəri ərazisində Su-57 (T-50) döyüş təyyarəsi qəzaya uğrayıb.

Bu barədə “AzeriDefence” Rusiya mediasına istinadən məlumat verib.

Yeni nəsil döyüş təyyarəsi hesab olunan Su-57 sınaqlar zamanı baza aerodromundan 111 km məsafədəki Komsomolsk-Amurda tayqa meşəsinə düşüb.  Pilot vaxtında katapult oluna bilib.

Hazırda hadisənin baş vermə səbəbləri araşdırılır. İlkin məlumatlara görə, qırıcı idarəetmə sisteminin texniki nasazlığı səbəbindən qəzaya uğrayıb.

Məlumatda o da qeyd olunub ki, bu Su-57-nin ilk qəzasıdır.

 

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş