
Səfər Əbiyev Türkiyədə müalicə olunur
Bu günlərdə KİV-də keçmiş müdafiə naziri Səfər Əbiyevin “yoxa çıxması” barədə xəbrlər yayılıb və onun Rusiyada olduğu bildirilib.
“AzeriDefence”nin apardığı dəqiqləşdirmələrə görə, sabiq müdafiə naziri Səfər Əbiyev Rusiyada deyil Türkiyədədir.
COVID-19 pandemiyasından əvvəl Türkiyəyə gedən Səfər Əbiyev karantinə görə geri qayıda bilməyib. Əbiyevin Türkiyədə ürəyində yaranan problemlə əlaqədar müalicə aldığı bildirilir.
Qeyd edək ki, S. Əbiyev 2013-cü ilin oktyabr ayında vəzifəsindən azad edilib.
KATEQORIYA: Xəbərlər