Səfər Əbiyevin Veteranlar Təşkilatının rəhbərliyinə gətirilməsi üçün iş aparılır

Səfər Əbiyevin Veteranlar Təşkilatının rəhbərliyinə gətirilməsi üçün iş aparılır

Sabiq Müdafiə naziri, istefada olan general-polkovnik Səfər Əbiyevin Respublika Veteranlar Təşkilatının rəhbərliyinə gətirilməsi istiqamətində işlər aparılır.

Bu barədə Azeri Defence saytı etibarlı mənbələrdən məlumat əldə edib.

Məlumata görə, son bir neçə ay ərzində bu istiqamətdə Əbiyev və onun keçmiş komandası aktivləşib. Hazırda Respublika Veteranlar Təşkilatına sədrlik edən, 98 yaşlı istefada olan general-polkovnik Tofiq Ağahüseynovun iyul ayında Səfər Əbiyev komandasında təmsil olunmuş general-mayor Məmməd Beydullayevi üzvü olmadığı Respublika Veteranlar Təşkilatının rəhbərliyinə gətirmək təşəbbüsü vəzifə təyinatlarının Rəyasət Heyətinin və Plenumun qərarı ilə olması, eləcə də rəhbərlikdə təmsil olunan şəxslərin etirazları səbəbindən baş tutmayıb.

Buna baxmayaraq, general Məmməd Beydullayev Veteranlar Təşkilatına gələrək otaqlardan birinə yerləşib. Hətta bir neçə gün “işə çıxan” Beydullayev təşkilat üzvlərinin yuxarı instansiyalara şikayətlərindən sonra Respublika Veteranlar Təşkilatın ofisini tərk etmək məcburiyyətində qalıb.

 

 

 

KATEQORIYA:
Bu xəbəri paylaş