Səfərbərlik Xidməti: Prezidentin çağırışına qoşulan minlərlə gənc orduda könüllü xidmət etmək üçün qeydiyyata alınırlar

Səfərbərlik Xidməti: Prezidentin çağırışına qoşulan minlərlə gənc orduda könüllü xidmət etmək üçün qeydiyyata alınırlar

Prezident İlham Əliyevin Nazirlər Kabinetinin iclasında etdiyi çağırışıa qoşulan minlərlə gənc Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qeydiyyatda olduqları yerli idarə, şöbə və bölmələrinə gələrək könüllü olaraq orduda xidmət etmək haqqında öz arzularını ifadə edir və müvafiq qaydada qeydiyyata alınırlar.

Bu barədə “Azeri Defence”ə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən məlumat verilib.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti vətəndaşlarımıza göstərdikləri yüksək vətənpərvərliyə görə təşəkkürünü bildirir.

“Bir daha xatırladırıq ki, hal-hazırda Azərbaycan Silahlı Qüvvələri qanunvericiliyin tələblərinə uyğun olaraq komplektləşdirilib. Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi Azərbaycan Ordusu tərəfindən tam təmin edilir. Zərurət yarandığı halda ehtiyatda olan hərbi vəzifəlilər mövcud qanunvericiliyin tələblərinə əsasən Xidmətin yerli struktur bölmələrinə çağırılaraq ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə müvafiq tədbirlərə cəlb edilə bilərlər”, – deyə Xidmət bəyan edib.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş