Səfərbərlik Xidməti: Vətəndaşların təlim toplanışlarına çağırılmasına başlanıb

Səfərbərlik Xidməti: Vətəndaşların təlim toplanışlarına çağırılmasına başlanıb

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) ehtiyatda olan hərbi vəzifəlilərin hərbi toplanışların çağırılması ilə bağlı açıqlama yayıb.

Bu barədə Azeri Defence saytına SHXÇDX-nin mətbuat mərkəzindən məlumat verilib.

Məlumatda qeyd olunub ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən hərbi vəzifəlilər ehtiyatda olduqları dövrdə hərbi təlim, hərbi yoxlama və xüsusi toplanışlara çağırılırlar. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən ehtiyatda olan hərbi vəzifəlilərin müxtəlif ixtisaslar üzrə təlim toplanışlarına çağırılması həyat keçirilir.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş