Səfərbərlik Xidmətinə 3,8 milyon manat vəsait ayrılıb

Səfərbərlik Xidmətinə 3,8 milyon manat vəsait ayrılıb

Prezident İlham Əliyev Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vahid elektron informasiya sisteminin müasirləşdirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Bu barədə Azeri Defence saytı Prezidentin mətbuat xidmətinə istinadən məlumat verib.

Sərəncama əsasən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vahid elektron informasiya sistemində təhlükəsizlik, texniki və proqram vasitələri sahəsində əsaslı dəyişiklik məqsədilə Azərbaycanın 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə 3,866 milyon manat ayrılıb.

 

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş