Səfərbərlik Xidmətində bugünədək 8500-ə yaxın vətəndaş qeydiyyata alınıb

Səfərbərlik Xidmətində bugünədək 8500-ə yaxın vətəndaş qeydiyyata alınıb

Prezident İlham Əliyevin çağırışına səs verən 8500-ə yaxın vətəndaş bugünədək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aparatına elektron qaydada, həmçinin qeydiyyatda olduqları yerli idarə, şöbə və bölmələrinə gələrək könüllü olaraq orduda xidmət etmək haqqında öz arzularını ifadə edib və müvafiq formada qeydiyyata alınıblar.

Bu barədə “AzeriDefence”ə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən məlumat verilib.

Məlumatda bildirilib ki, zərurət yarandığı halda ehtiyatda olan hərbi vəzifəlilər mövcud qanunvericiliyin tələblərinə əsasən Xidmətin yerli struktur bölmələrinə çağırılaraq ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə müvafiq tədbirlərə cəlb edilə bilərlər.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş