Səfərbərlik Xidmətinin rəhbərliyi Gəncə və Goranboyda vətəndaşları qəbul edəcək

Səfərbərlik Xidmətinin rəhbərliyi Gəncə və Goranboyda vətəndaşları qəbul edəcək

Fevralın 20-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbərliyi Gəncə və Goranboyda vətəndaşları qəbul edəcək.

Bu barədə “AzeriDefence”yə SHXÇDX-nin mətbuat mərkəzindən məlumat verilib.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi, general-leytenant Arzu Rəhimov Gəncədə Göygöl, Daşkəsən, Samux, Kəlbəcər rayonlarından və Gəncə şəhərindən olan vətəndaşların qəbulunu həyata keçirəcək.

Xidmət rəisinin müavini, general-mayor Mayıl Şahverdiyev Goranboyda Xocalı, Mingəçevir, Naftalan və Goranboy şəhər və rayonlarından olan vətəndaşları qəbul edəcək.

Qəbula yazılmaq istəyən vətəndaşların 17 fevral 2020-ci il tarixədək SHXÇDX-nin adları qeyd olunan rayon şöbə və bölmələrinə müraciət edərək qeydiyyatdan keçmələri zəruridir.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş