Səfərbərlik Xidmətinin rəhbərliyi vətəndaşları qəbul edib

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəhbərliyi yanvarın 16-da Sabirabad və Şirvanda vətəndaşları qəbul edib.

SHXÇDX-nin mətbuat mərkəzindən “AzeriDefence”yə verilən məlumata görə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov Sabirabadda Sabirabad və Saatlı rayonlarından olan vətəndaşların qəbulunu həyata keçirib.

Həmin gün Xidmət rəisinin müavini, general-mayor Mayıl Şahverdiyev Şirvanda Hacıqabul, Kürdəmir və Şirvan rayonlarından olan vətəndaşları qəbul edib.

Xidmət rəhbərliyinin keçirdiyi qəbullarda 22 vətəndaşın müraciəti dinlənilib. Vətəndaşların müraciətləri əsasən həqiqi hərbi xidmətə və ya işə qəbul, övladlarının xidmət yerinin müəyyənləşdirilməsi, eləcə də digər məsələlər ilə bağlı olub.

Bölgə sakinlərinin yerlərdə qəbulu və müraciətlərinə baxılması üçün daha rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edən vətəndaşlar göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

KATEQORIYA:
Bu xəbəri paylaş