Səfərbərlik Xidmətinin yeni tikilmiş inzibati binaları istifadəyə verilib

Səfərbərlik Xidmətinin yeni tikilmiş inzibati binaları istifadəyə verilib

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qəbələ, Göygöl rayon şöbələrinin və Qax rayon bölməsinin yeni tikilmiş inzibati binaları istifadəyə verilib.

Bu barədə “AzeriDefence”yə Səfərbərlik Xidmətinin mətbuat mərkəzindən məlumat verilib.

İnzibati binaların açılış mərasimində çıxış edən SHXÇDX-nin rəisi, general-leytenant Arzu Rəhimov Xidmətin fəaliyyət istiqamətlərinə uyğun olaraq səfərbərlik hazırlığı və səfərbərlik işinin təşkili, vətəndaşların ilkin hərbi qeydiyyata alınması, müddətli həqiqi hərbi xidmətə hazırlanması və hərbi xidmətə çağırılması, gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması sahəsində mühüm nailiyyətlərin qazanıldığı diqqətə çatdırılıb.

Müasir standartlara uyğun tikilmiş binaların bütün otaqları zəruri avadanlıq, inventar və kommunikasiyalarla təchiz edilib.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş