Səfirlik: ABŞ Ukraynaya tank əleyhinə raketlərin yeni partiyasını göndərib

Səfirlik: ABŞ Ukraynaya tank əleyhinə raketlərin yeni partiyasını göndərib

ABŞ bu günlərdə Ukraynaya 60 milyon dollar dəyərində hərbi yardım göndərib.

“AzeriDefence”nin məlumatına görə, bu barədə ABŞ-ın Ukraynadakı səfirliyi özünün sosial media hesabında bununla bağlı yazıb və görüntüləri paylaşıb.

Məlumatda Ukraynaya radiostansiyalar, döyüş sursatlarıı və tank əleyhinə raketlər də daxil olmaqla 60 milyon dollardan çox avadanlığın verildiyi bildirilir.

Qeyd edək ki, səfirlik iyunun 12-də ABŞ-ın Müdafiə Nazirliyi 2020-ci maliyyə ilində Ukraynaya əlavə olaraq 250 milyon dollar dəyərində hərbi yardım edəcəyi barədə məlumat yayıb.

“Azeri Defence”nin məlumatına görə, 2019-cu ilin oktyabr ayının əvvəlində ABŞ Dövlət Departamenti Ukraynaya 39.2 milyon ABŞ dolları dəyərində FGM-148 “Javelin” TƏİR kompleksinin tədarükünə icazə verib. Tərəflər arasında imzalanmış müqaviləyə əsasən “Raytheon” şirkəti Ukrayna Müdafiə Nazirliyinə əlavə partiyada 150 ədəd FGM-148 “Javelin” raketi və 10 ədəd buraxıcı qurğunun ixracını həyata keçirməyi planlaşdırır. Bununla da Ukraynanın silahlanmasındakı “Javelin” raketlərinin sayı 360 ədəd, işəsalma qurğusunun sayı isə 47 ədəd təşkil edəcək. Qeyd edək ki, bundan əvvəl, 2018-ci ildə Ukraynaya 47 milyon dollar təşkil edən müqavilə çərçivəsində 37 ədəd “Javelin” işəsalma qurğusunun (CLU), 210 ədəd raketin və ehtiyat hissələrin satışı reallaşdırılıb.

KATEQORIYA:
Bu xəbəri paylaş