Şəhid ailələri üzvlərindən 1700-dək şəxsə təqaüd, pensiya və müavinət təyinatı aparılıb

Şəhid ailələri üzvlərindən 1700-dək şəxsə təqaüd, pensiya və müavinət təyinatı aparılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinə sosial ödənişlərin təyinatı prosesini davam etdirir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən “Azeri Defence”ə verilən məlumata görə, Fond tərəfindən artıq 700-dək şəhidin 1700-ə yaxın ailə üzvünə Prezidentin aylıq təqaüdünün, pensiya və müavinətlərin təyinatı həyata keçirilib. Təyinatlar barədə ailə üzvlərinə məlumatlar da verilir.

Bu ay Nazirlik tərəfindən şəhid ailəsi üzvlərinə təqaüd və müavinətlərin, ailə başçısını itirməyə görə pensiya və müavinətin e-təyinat sistemləri işə salınıb. Bu innovativ yeniliklər şəhid ailəsi üzvlərinə sosial ödənişlərin təyinatının da müraciət etmələrinə ehtiyac qalmadan, e-sistem üzərindən proaktiv qaydada, operativ şəkildə  aparılmasına imkan verib.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş