Şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə daha 57 fərdi yaşayış evi verilib

Şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə daha 57 fərdi yaşayış evi verilib

Azərbaycanın müxtəlif bölgələrində daha 57 fərdi yaşayış evi şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə təqdim edilib.

Bu barədə “Azeri Defence”ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirib ki,  Prezident İlham Əliyevin tapşırığına əsasən 2020-ci ildə şəhid ailələri və müharibə əlillərinə 1500 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub. Onlardan artıq 1200-dən çoxu verilib.

Ümumilikdə ötən dövrdə 9 minə yaxın şəhid ailəsi və müharibə əlili Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mənzil və fərdi evlə təmin edilib.

KATEQORIYA:
Bu xəbəri paylaş