Şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə fərdi ev verilib

Şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə fərdi ev verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Zərdab, İmişli, Göyçay və Kürdəmir rayonlarında yeni inşa olunmuş 22 fərdi yaşayış evi şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə təqdim edilib.

Bu barədə  Azeri Defence saytına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, 2020-ci ildə şəhid ailələri və müharibə əlillərinə rekord sayda – azı 1500 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub ki, bu gün təqdim edilən 22 fərdi ev (o cümlədən Zərdabda 7, İmişlidə 4, Kürdəmirdə 7, Göyçayda 4 ev) də daxil olmaqla, onlardan artıq 710 mənzil və fərdi ev artıq verilib.

Digər evlər, mənzillər də ilin sonunadək veriləcək. Ümumilikdə ötən dövrdə 8298 mənzil və fərdi ev bu kateqoriyadan olan vətəndaşlara təqdim edilib.

 

 

KATEQORIYA:
Bu xəbəri paylaş