Şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə fərdi yaşayış evi verilib

Şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə fərdi yaşayış evi verilib

Bu gün daha 6 şəhər və rayonda – Salyan, Goranboy, Sabirabad, Hacıqabul, Şirvan və Göyçayda şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə 20 fərdi yaşayış evi verilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən “Azeri Defence”ə verilən məlumata görə, Salyanda evlərin təqdim edilməsi tədbirində qeyd edilib ki, dövlət başçısının tapşırığına əsasən şəhid ailələri və müharibə əlillərinin mənzil və fərdi evlə təminatı işləri ildən-ilə genişlənir. 2020-ci ildə onlara azı 1500 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub və artıq 1000-i verilib.

Ümumilikdə ötən dövrdə şəhid ailələrinə və müharibə əlillərinə 9000-ə yaxın mənzil və fərdi ev təqdim olunub. Bu proqram hazırda uğurla davam etdirilir.

 

KATEQORIYA:
Bu xəbəri paylaş