Şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə fərdi yaşayış evləri verilib

Şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə fərdi yaşayış evləri verilib

Ucar, Şəmkir, Saatlı və Lerikdən olan 25 şəhid ailəsi və Qarabağ müharibəsi əlilinə fərdi yaşayış evləri verilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən “Azeri Defence”ə bildirilib ki, noyabrın 23-də Ucar rayonunun Bərgüşad kəndində evlərin sənədlərinin təqdim olunması mərasimi keçirilib.

Mərasimdə bildirilib ki, 2020-ci ildə şəhid ailələri və müharibə əlillərinə azı 1500 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub ki, onlardan artıq böyük əksəriyyəti təqdim edilib. Bu proses qarşıdakı günlərdə də davam edəcək.

Ümumilikdə ötən dövrdə 8404 mənzil və fərdi ev bu kateqoriyadan olan vətəndaşlara verilib. Dövlət başçısının tapşırığına uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Vətən müharibəsində şəhid olmuş insanların ailələrinə, müharibə əlillərinə dəstəyin göstərilməsi, həmçinin onlara mənzillərin, evlərin verilməsi üçün də müvafiq işlər aparacaq.

Qeyd edək ki, bu gün 4 rayonda şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə təqdim olunan 25 fərdi yaşayış evinin 10-u Ucarda, 5-i Şəmkirdə, 6-sı Saatlıda, 4-ü isə Lerikdə yerləşir.

 

KATEQORIYA:
Bu xəbəri paylaş