
Şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə mənzil verilib
Şirvan şəhərində 68 mənzilli yaşayış binası şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin istifadəsinə verilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyindən “AzeriDefence”ə verilən məlumata görə, yaşayış binası “Kapital Bank” tərəfindən inşa etdirilib.
Şəhid ailələri və Qarabağ müharibəsi əlilləri onların rifahı üçün aparılan mühüm işlərə, həmçinin mənzillə təmin olunduqlarına görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər.
Müasir tələblərə uyğun yaşayış şəraitinin yaradıldığı binadakı mənzillərdən 16-sı birotaqlı, 44-ü ikiotaqlı, qalanları üçotaqlıdır. Bu mənzillər Şirvan şəhəri və ətraf rayonlardakı şəhid ailələri və Qaradağ müharibəsi əlilləri üçün nəzərdə tutulub.
KATEQORIYA: Xəbərlər