Şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə yeni mənzil verilib

Şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə yeni mənzil verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi daha 109 şəhid ailəsi və Qarabağ müharibəsi əlillərinə Hövsan Yaşayış Kompleksindən alınmış mənzilləri təqdim edib.

Bu barədə Azeri Defence saytına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Vüsal Nəsirli bildirib ki, Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq yaxın bir neçə ildə şəhid ailələri və müharibə əlilləri üçün nəzərdə tutulan mənzil proqramı başa çatdırılacaq.

Nazir müavini qeyd edib ki 2020-ci ildə şəhid ailələri və müharibə əlillərinə azı 1500 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub. Onlardan artıq 539 mənzil verilib, digər mənzillər və fərdi evlər də ilin sonunadək veriləcək. İndiyədək şəhid ailələrinə və müharibə əlillərinə 8127 mənzil və fərdi ev verilib.

V.Nəsirli bildirib ki, Nazirlik tərəfindən ötən dövrdə müharibə əlilləri və onlara bərabər tutulanların 6900 minik avtomobili ilə təminatı həyata keçirilib.

 

KATEQORIYA:
Bu xəbəri paylaş