Şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə ev verilib

Şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə ev verilib

Daha 4 rayonda şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə ev verilib.

Bu barədə “Azeri Defence” saytına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Məlumatda bildirilib ki, 4 rayonda 26 fərdi yaşayış evinin (o cümlədən Qazaxda 13, Kürdəmirdə 5, Qubada 3, Lənkəranda 5) şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə təqdim edilməsi tədbiri keçirilib.

Tədbirdə qeyd edilib ki, 2020-ci ildə şəhid ailələri və müharibə əlillərinə azı 1500 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub və onlardan artıq böyük əksəriyyəti sahiblərinə təqdim edilib. Bu proses qarşıdakı günlərdə də davam edəcək. Ümumilikdə ötən dövrdə 8379 mənzil və fərdi ev bu kateqoriyadan olan vətəndaşlara verilib.

Vurğulanıb ki, haqq savaşımızda yaralanmış hərbçilərlə görüşü zamanı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin verdiyi tapşırığa uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tarixi Qələbəmizlə başa çatan Vətən müharibəsində şəhid olmuş insanların ailələrinə dəstəyin göstərilməsi, həmçinin onlara da mənzillərin, evlərin verilməsi üçün müvafiq işləri aparacaq.

KATEQORIYA:
Bu xəbəri paylaş