Şəhid ailələrinə və yaralılara yardım etmək istəyənlər üçün bank hesabları açıqlanıb

Şəhid ailələrinə və yaralılara yardım etmək istəyənlər üçün bank hesabları açıqlanıb

Prezident İlham Əliyevin 8 dekabr 2020-ci il tarixli Fərmanı əsasında Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu – “YAŞAT” Fondu yaradılıb.

“Azeri Defence”nin məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi Fondun vəsaitinin sərəncamçısı müəyyən edilib. Fondun vəsaitinin formalaşdırılmasına və idarə olunmasına ümumi nəzarəti Azərbaycan Respublikası Prezidentinin yaratdığı Himayəçilik Şurası həyata keçirir.

Müvafiq vəsait Azərbaycan Respublikası vətəndaşlarının, xarici ölkələrdə yaşayan soydaşlarımızın, digər fiziki və hüquqi şəxslərin könüllü olaraq maliyyə vəsaiti şəklində verdiyi yardımlar (ianələr), habelə qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşdırılacaq.

Fərmana əsasən Fondun vəsaitlərinin idarə olunması ilə bağlı elektron hesabatlılıq, habelə daxil olan və xərclənən vəsaitin məbləği və istiqamətləri ilə bağlı məlumatların rəsmi internet səhifəsində yerləşdirilməsi və daim yenilənməsi təmin ediləcək. Fond vasitəsilə həyata keçirilən tədbirlərə könüllülər də cəlb ediləcəklər.

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi “YAŞAT” Fondunun bank rekvizitlərini açıqlayıb. Vətəndaşlar bu hesablar vasitəsilə şəhid ailələrinə və yaralılara yardım edə bilər.

“YAŞAT” Fondunun bank rekvizitləri:

Azərbaycan daxilində ianələr üçün

Manat hesabı: AZ76IBAZ38090019447968925204

Xaricdən göndərilən ianələr üçün:

USD hesabı: AZ66IBAZ38190018407968925204

EURO hesabı: AZ46IBAZ38190019787968925204

Rubl hesabı: AZ83IBAZ38190018107968925204

KATEQORIYA:
Bu xəbəri paylaş