Şəhid ailələrinin və Qarabağ müharibəsi əlillərinin evlə təminatı proqramı daha da genişləndirilib

Şəhid ailələrinin və Qarabağ müharibəsi əlillərinin evlə təminatı proqramı daha da genişləndirilib

Prezident İlham Əliyevin həssas əhali qruplarına xüsusi qayğısı nəticəsində bu qruplarla bağlı bütün sosial proqramlar, həmçinin şəhid ailələrinin və Qarabağ müharibəsi əlillərinin evlə təminatı proqramı 2020-ci ildə daha da genişləndirilib.

“Azeri Defence” xəbər verir ki, bu fikir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ölkənin bir sıra rayonlarında daha 43 fərdi evin şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə təqdim edilməsi tədbirlərində vurğulanıb.

Biləsuvar rayonunda fərdi evlərin təqdim edilməsi tədbirində şəhid ailələrinin və Qarabağ müharibəsi əlillərinin evlə təminatı proqramının bu il 1500 ailəni əhatə etməsinin nəzərdə tutulduğu, artıq 1400-ə yaxın mənzil və fərdi evin bu kateqoriyadan olan vətəndaşlara verildiyi bildirilib. Ümumilikdə indiyədək 9 minədək şəhid ailəsinin, müharibə əlilinin evlə təmin edildiyi diqqətə çatdırılıb.

Bu kateqoriyalardan olan vətəndaşlara yönələn sosial ödənişlərin də mütəmadi artırıldığı, İkinci Qarabağ müharibəsində şəhid olanların ailələri, müharibə iştirakçıları ilə bağlı sosial dəstək işlərinin aparıldığı da qeyd edilib. Minlərlə insanın artıq sosial dəstəklə təmin edildikləri, bu sahədə də işlərin davam etdiyi bildirilib.

Şəhid ailələrinin üzvləri və Qarabağ müharibəsi əlilləri onlara qayğının artırılması üçün görülən işlərə və bu gün yeni evlərlə təmin olunduqlarına görə dövlət başçısına minnətdarlıqlarını ifadə ediblər.

KATEQORIYA:
Bu xəbəri paylaş