Şəhid övladları “Əsgərə salam” layihəsində – VİDEO

Şəhid övladları “Əsgərə salam” layihəsində – VİDEO

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin (QMKİDK) təşkilatçılığı, Heydər Əliyev Fondu və Müdafiə Nazirliyinin dəstəyi ilə gerçəkləşdirilən “Əsgərə salam” hərbi-vətənpərvərlik sosial layihəsinə daha bir şəhid övladı qoşulub.

QMKİDK-nin mətbuat xidmətindən Azeri Defence saytına verilən məlumata görə, bu, iyulun 12-də Tovuz rayonu istiqamətində Ermənistanın törətdiyi təxribat zamanı qəhrəmancasına şəhid olan müddətdən artıq həqiqi hərbi xidmət edən baş əsgər Elşad Dönməz oğlu Məmmədovun oğlu Məhəmməddir. Şəhidin döyüşçü dostları onun əmanəti olan övladı və valideynləri ilə birlikdə fotoobyektiv qarşısında dayanıblar.

Tovuz istiqamətindəki döyüşlərdə şəhid olan general-mayor Polad Həşimovun və polkovnik İlqar Mirzəyevin övladları da “Əsgərə salam” layihəsində iştirak edirlər. Onların hərbi salamlama vəziyyətində çəkdirdikləri fotoşəkillər sosial şəbəkələrdə paylaşılıb.

KATEQORIYA:
Bu xəbəri paylaş