“Sərhəd” minaatan təsbit radarının tədarükü davam edir

“Sərhəd” minaatan təsbit radarının tədarükü davam edir

Türkiyənin ASELSAN şirkəti tərəfindən istehsal edilən “Sərhəd” minaatan təsbit radarının tədarükü davam edir.

“AzeriDefence” xəbər verir ki, bununla bağlı Türkiyə Müdafiə Sənayesi Komitəsinin (SSB) yaydığı məlumatda bildirilib.

Sərhəd” minaatan təsbit radarı müxtəlif nəqliyyat vasitələri üzərində və stasionar şəkildə tətbiq edilə bilmə xüsusiyyətinə sahibdir. Radar 10 km məsafədən minaatan mərmilərini təsbit edir, izləyir, mərmilərin təxmini çıxma və düşmə yerlərini hesablayır.

“Sərhəd” dünyada öz sinfindəki analoqlarından 360° bucaq altında dairəvi müşahidəni təmin edə bilməsi və modulyar dizayna sahib olması ilə seçilir. L tezliyində çalışan radar elektron aktiv antenaya malikdir. “Sərhəd” eyni anda 5-dən artıq atışın yerini təsbit etməyi bacarır.

Radar həm nəqliyyat vasitələrinin üzərində, həm tripod üzərində, həm də binaların və qüllələrin üzərinə qurulmaqla istifadə edilə bilir. “Sərhəd” minaatan təsbit radarının bütün komanda-nəzarət sistemləri ilə inteqrasiya edilməsi mümkündür. Radarın uzaqdan idarə oluna bilmə, habelə ərazinin siluetini skan etmə, dost/düşmən bölgəni tanıma, hədəfləri elektron xəritə üzərində qeyd etmə və radioelektron mübarizə vasitələrinə qarşı yüksək qoruma kimi xüsusiyyətləri özündə birləşdirir.

KATEQORIYA:
Bu xəbəri paylaş