Sərhəddə erməni təxribat qrupunun atıb qaçdığı silahlar və əşya çantası tapılıb – FOTO

Sərhəddə erməni təxribat qrupunun atıb qaçdığı silahlar və əşya çantası tapılıb – FOTO

Azərbaycan Dövlət Sərhəd Xidməti və Respublika Hərbi Prokurorluğu fevralın 24-də Ermənistan silahlı qüvvələrinin Noyem­beryan rayonunun Koti kəndi yaxınlığında yer­lə­şən bölmələrindən Qazax rayo­nunun Quşçu Ayrım kəndi istiqa­mətin­dəki Dövlət Sərhəd Xidmətinin (DSX) sərhəd döyüş məntə­qəsinə qarşı edilmiş diversiya cəhdi ilə bağlı birgə məlumat yayıb.

DSX-nin mətbuat mərkəzindən “Azeri Defence”yə verilən məlumata görə, düşmnin diversiya cəhdinin qarşısı alınıb, ciddi döyüş itkiləri vermiş düşmən ge­ri çəkilməyə məcbur olub. Düşmənin diversiya qrupunun qumba­raatan və digər iri­çaplı silahların tətbiqi ilə baş ve­rən təxribatının qarşısı alınarkən sərhədçi əsgər Vəliyev İbrahim Ələmşah oğlu qəhrəman­casına şəhid olub.

Hadisənin baş verdiyi sərhəd döyüş məntəqəsinin yaxın­lığında düşmənin silahlı basqın zamanı istifadə etdiyi və geri qaçdığı zaman ərazidə atmaq məcburiyyətində qaldığı PK mar­kalı pulemyot üçün 100 patronluq lent, bir ədəd partlamamış RQ-42 əl qumbarası, 66 ədəd 7,62 mm-lik giliz, kəşfiyyat-diverisya qrupu üzvlərinin ərzaq çantası (içərisində konservlər, fərdi su ehtiyatı, çörək məmulatları) aşkar olunub.

Fakt üzrə Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.12, 29,120.2.4, 29,120.2.7 və 29,120.2.12-ci maddələri ilə cinayət işi baş­lanılaraq prosessual hərə­kət­lər həyata keçirilməklə düşmənin diversiya qrupunun hərbi qulluq­çularımızı qəsdən öldürmək və döyüş postumuzu ələ keçirmək məqsədi ilə hücuma keçərək təxribat törətməsi müəyyən olunub. Hazırda zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Düşmənin silahlı təxribatının qarşısını alarkən fərqlənmiş sərhəd­çilər DSX rəisinin əmrləri ilə medal, qiymətli hədiyyə və fəxri fərmanlar ilə təltif­lən­diriliblər. Qəhrəmancasına həlak olmuş əsgər Vəliyev İbrahim Ələmşah oğlu ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif olunub.

DSX-nin məlumatında qeyd olunub ki, diversiya cəhdlərinin qarşısı qətiyyətlə alınan və bu cəhd­lər za­manı ciddi döyüş itkiləri verən Ermənistan Silahlı Qüvvə­lərinin böl­mə­ləri təmas xəttində təxribat xarakterli əməllərini davam etdirirlər. Mart ayının 1-də DSX-nin Sərhəd Qoşunlarının “Qa­zax” əlahiddə dərhəd diviziyasının Qazax rayonunun Xanlıqlar və Quş­çu Ayrım kəndləri yaxınlığında yerləşən sərhəd döyüş məntəqə­lə­ri iri çaplı silahlardan intensiv atəşə tutulub. Cavab atəşi ilə düşmə­nin döyüş mövqeləri susdurulub.

“Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlərini qoruyan DSX-nin əsgərinin qətlə yetirilməsi cinayətdir və bu qanlı cinayətin məsuliyyəti Ermənistan tərəfinin üzərindədir. Bildiririk ki, Ermənistan tərəfinin təmas xəttində təxribat xarakterli bütün əməl­lərinin qarşısının alınması  və törədilmiş hər bir cinayətə görə təqsiri olan şəxs­lə­rin cinayət məsuliyyətinə cəlb edilməklə cəzalandırılması üçün bütün zəruri tədbirlərin görülməsi təmin ediləcək”, – deyə DSX bəyan edib.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş