Sərhəddən narkotik vasitənin keçirilməsinin qarşısı alınıb

Sərhəddən narkotik vasitənin keçirilməsinin qarşısı alınıb

Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının əməkdaşları tərəfindən son bir həftə ərzində 2 halda 10 kq 490 qr narkotik vasitənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb.

Bu barədə “AzeriDefence”ə DSX-nin mətbuat xidmətindən məlumat verilib.

Daxil olmuş əməliyyat məlumatlarına əsasən, “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində 2 kq heroin və 1 kq 950 qr metamfetamin, “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində     4 kq 730 qr heroin və 1 kq 770 qr metamfetamin aşkar edilərək götürülüb.

Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

 

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş