Səudiyyə Ərəbistanı Ordusu 46 ədəd PUA sifariş edib

Səudiyyə Ərəbistanı Ordusu 46 ədəd PUA sifariş edib

Səudiyyə Ərəbistanı Silahlı Qüvvələri 46 ədəd pilotsuz uçuş aparatı (PUA) alacaq.

“AzeriDefence”nin məlumatına görə, bu barədə Səudiyyə Ərəbistanı Hərbi Sənaye Baş İdarəsi (GAMI) rəsmi sosial media hesabında bildirib.

Dövlət proqramına əsasən 2021-ci ildə yerli şirkət “Intra Defence Technologies” tərəfindən 6 ədəd PUA, növbəti beş il ərzində isə daha 40 ədəd PUA Silahlı Qüvvələrə tədarük ediləcəyi planlaşdırılıb.

Qeyd edək ki, tədarük olunacaq PUA-ların tipi barədə açıqlama verilməsədə “Intra Defence Technologies”in rəsmi saytında Türkiyənin “Vestel” şirkətinin istehsalı olan “Karayel” taktiki PUA-nın marketinq işlərini apardığı və ASEF Hybrid VTOL pilotsuz uçuş aparatlarının istehsalı üzrə baş podratçı olduğu bildirilir.

 

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş