Səudiyyə Ərəbistanı yeni zirehli maşın istehsalına başlayır

Səudiyyə Ərəbistanı yeni zirehli maşın istehsalına başlayır

Səudiyyə Ərəbistanın Sərhəd Qoşunları Baş İdarəsi və yerli Hərbi Sənaye Korporasiyası (MIC) arasında birgə zirehli maşın istehsalına dair müqavilə bağlanıb.

“AzeriDefence” xəbər verir ki, bu barədə “Arab News” məlumat yayıb.

Səudiyyə Ərəbistanı Hərbi Sənaye Baş İdarəsinə (GAMI) daxil olan Hərbi Sənaye Korporasiyasının rəhbəri bildirib ki, Sərhəd Qoşunları ilə birgə istehsal ediləcək “Dahna” adlı zirehli maşının beynəlxalq təsnifata uyğun olaraq standart mühərrik sınaqları tamamlanıb.

“4×4 təkər formuluna malik “Dahna” zirehli maşını çox məqsədli, hər cür şəraitə və hərbi əməliyyatlara uyğun nəqliyyat vasitəsidir”, – deyə MIC rəhbəri bildirib.

KATEQORIYA:
Bu xəbəri paylaş