S-300 komplekslərimiz təlimdə

FOTOLARAzərbaycan Hərbi Hava Qüvvələrinin hava hücumundan müdafiə qoşunlarının S-300 PMU-2 “Favorit” zenit raket kompleksləri hərbi hissəsində təlim keçirilib. Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2014-cü ilin döyüş hazırlığı planına əsasən keçirilən təlimin əsas məqsədi şəxsi heyətin təlim üzrə olan döyüş tapşırığını düzgün yerinə yetirilməsini müəyyən etmək olub.

Təlimin ssenarisinə əsasən hava məkanını pozan şərti düşmən hədəfləri haqqında informasiya döyüşü idarəetmə məntəqəsinə çatdırılıb. Hədəflər haqqında məlumat dvizionlara ötürülərək hədəflər izlənməyə götürülüb.

Hədəflər vaxtında aşkarlanaraq S-300 zenit raket komplekslərinin şərti atəş ilə şərti düşmən məhv edilib.

KATEQORIYA:
Bu xəbəri paylaş