S-350 “Vityaz” ZRK-lər bu il silahlanmaya veriləcək

S-350 “Vityaz” ZRK-lər bu il silahlanmaya veriləcək

S-350 “Vityaz” zenit-raket kompleksləri (ZRK) 2020-ci ildə Rusiya Ordusunun silahlanmasına daxil olmağa başlayacaq.

“AzeriDefence” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı general-mayor Sergey Babakov yerli KİV-ə açıqlamasında bildirib.

Onun sözlərinə görə, S-350 ZRK mühüm əhəmiyyətli obyektləri – qərargah, müəssisə, inzibati mərkəzləri və s. hava hücumu təhdidlərindən, o cümlədən qanadlı raketlər, taktiki və əməliyyat taktiki ballistik raketlərdən müdafiəsini təmin etmək üçün nəzərdə tutulub.

Rusiya Silahlı Qüvvələri hər il 2027-ci ilə qədər “Vityaz” S-350 ZRK-nin ən azı iki divizion dəstini almağı planlaşdırıb. S-350 ZRK Rusiyanın Quru Qoşunları, Hava-Kosmik Qüvvələri və Hərbi Dəniz Qüvvələrində fəaliyyət göstərəcək. İlk “Vityaz” Abakandakı Mərkəzi Hərbi Dairənin 24-cü raket briqadasına təhvil veriləcək.

S-400 və S-300 zenit-raket komplekslərinin bütün imkanlarına sahib olan S-350 ZRK analoqlarından daha yığcam və ucuz olması ilə fərqlənir. 5 dəqiqə ərzində döyüş vəziyyətinə gətirilən S-350 ZRK aerodinamik hədəfləri, təyyarələri və ya qanadlı raketləri 60 kilometrə qədər məsafədə və 10 metrdən 30 kilometrə qədər hündürlükdə, ballistik raketləri 30 km hündürlükdə məhv edə bilir.

“Vityaz” S-350 zenit-raket kompleksinin heyəti 3 nəfərdir. Bir kompleks 12 raketlə təchiz olunur, bir divizion 8 kompleks ilə silhalandırıla bilir.

 

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş