S-400 “Triumf” silahlanmaya qəbul olunub
“Almaz-Antey” şirkətinin istehsalı olan S-400 “Triumf” zenit raket kompleksinin ilk komplekti Rusiya Ordusunun silahlanmasına verilib.
“AzeriDefence”nin “Almaz-Antey” şirkətinin mətbuat xidmətinə istinadən verdiyi məlumatına görə, buna qədər S-400 bütün sınaq-test mərhələlərini keçib və bu proses uğurla yekunlaşıb.
Məlumatda şirkətin baş direktoru Yan Novikovun adında qeyd olunub ki, müəssisə 2016-cı il ərzində Rusiya Silahlı Qüvvələrinin istifadəsinə 5 alay üçün S-400 ZRK təhvil verəcək. Bu isə 680 ədəd texnika deməkdir.
Ümumilikdə isə bu ilin sonuna qədər ordu 16 alay S-400-lə təmin olunacaq.
KATEQORIYA: Müdafiə