S-400 zenit-raket komplekslərinin Çinə ixrac tarixi açıqlanıb

Rusiya əladə olunan razılığa əsasən Çinə ixrac edəcəyi S-400 zenit-raket kompleksinin təhvil-təslim prosesinə 2020-ci ildə başlayacaq.

“AzeriDefence”nin məlumatına görə, bunu yerli mediaya açıqlamasında Hərbi-texniki əməkdaşlıq üzrə Federal Xidmətin direktoru Aleksandr Fomin deyib.

O bildirib ki, Çinə veriləcək S-400-lərin yaradılması üzrə istehsal prosesinə başlanılıb.

Xidmət direktorunun sözlərinə görə, məhsulların Çinə ixracı prosesinə yaxın 4 ildə start veriləcək.

Mütəxəssislər isə bildirir ki, Rusiya daxili ehtiyacı təmin etməyənə qədər S-400-ləri xaricə ixrac etməyəcək.

 

KATEQORIYA:
Bu xəbəri paylaş