S-400 ZRK-ların Türkiyəyə çatdırılma vaxtı açıqlandı

Rusiyanın S-400 zenit-raket kompleksinin Türkiyəyə ilk partiyasının tədarükünün  2019-cu ildə həyata keçirilməsi planılaşdırılır.

“AzeriDefence” “A haber”ə  istinadən xəbər verir ki, bu barədə Türkiyənin müdafiə naziri Nurəddin Canikli parlamentdə çıxışı zamanı deyib.

Müdafiə nazirinin sözlərinə görə, Rusiya S-400 “Triumf” zenit-raket komplekslərini Türkiyə Silahlı Qüvvələrinə 2 partiyada tədarük edəcək.

Xarırladaq ki, Türkiyə və Rusiya arasında S-400 zenit-raket kompleksinin alğı-satqısına dair müqavilə 2017-ci ilin sentyabrında imzalanıb.

Rusiyanın “Rostex” Dövlət Şirkətinin baş direktoru Sergey Çemezov noyabrın 2-də TASS agentliyinə açıqlamasında qeyd edib ki, Türkiyə ilə S-400 komplekslərinin çatdırılmasına dair imzalanan müqavilənin dəyəri 2 milyard ABŞ dollarından çoxdur.

S-400 kompleksi 400 km uzaqlıqda 30 km hündürlükdə hədəfi məhv edə bilir.

KATEQORIYA:
Bu xəbəri paylaş