S-400 ZRK-nın Türkiyəyə satışına dair danışıqlar növbəti mərhələyə keçdi

Türkiyə Rusiya ilə S-400 “Triumf” zenit-raket kompleksinin (ZRK) satınalınmasına dair danışıqları fəal şəkildə davam etdirir.

“AzeriDefence”nin məlumatına görə, bunu Rusiyanın istehsalçı şirkəti olan “Rostex”in baş direktoru Sergey Çemezov bildirib.

O deyib ki, hazırda danışıqlar maliyyə məsələlərinin müəyyənləşdirilməsi mərhələsindədir.

Baş direktor danışıqlar barədə əlavə məlumat vermək istəmədiyini də qeyd edib.

Xatırladaq ki, Türkiyə Rusiyadan S-400 “Triumf” zenit-raket kompleksinin (ZRK) alması üçün danışıqlara ötən ilin sonlarından başlayıb.

Bununla bağlı ilk razılaşma isə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin arasınada bir müddət əvvəl əldə olunub.

Qeyd edək ki, Rusiya müdafiə sənayesinin yeni məhsulu olan S-400 zenit-raket kompleksi (ZRK) artıq döyüş növbətçiliyinə qəbul edilib. Alay şəklində daimi dislokasiya yerində xidmətə başlayan S-400 Moskva və paytaxt ətrafı vilayətlərin hava hücumundan müdafiəsini həyata keçirəcək.

S-400 kompleksi 400 km uzaqlıqda 30 km hündürlükdə hədəfi məhv edə bilir.

 

KATEQORIYA:
Bu xəbəri paylaş