S-500 zenit-raket sistemləri silahlanmaya verilir

S-500 zenit-raket sistemi Rusiya Hava Hücumundan Müdafiə Qoşunlarının silahlanmasına daxil ediləcək.

“AzeriDefence”nin məlumatına görə, bu açıqlamanı yerli mediaya Rusiyanın Hərbi-Kosmik Qüvvələrin komandan müavini – Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı, general-leytenant Viktor Qumennıy verib.

O bildirib ki, yaxın vaxtlarda S-500 ZRS-nin ilk nümunələri Silahlı Qüvvələrin arsenalına veriləcək.

V. Qumennıy ilk partiyada neçə ZRS olacağı barədə isə məlumat verməyib.

Xatırladaq ki, bu silah saniyədə 7 km surətlə gedən hədəfləri vura biləcək.

KATEQORIYA:
Bu xəbəri paylaş