“Saab” ABŞ Dəniz Piyadaları üçün G/ATOR radar sistemlərini tədarük edəcək

“Saab” ABŞ Dəniz Piyadaları üçün G/ATOR radar sistemlərini tədarük edəcək

İsveçin “Saab” şirkəti ABŞ Dəniz Piyadaları üçün AN/TPS-80 G/ATOR (Ground/Air Task Oriented Radar) tipli radarların komponentlərini və alt sistemlərini tədarük edəcək.

Azeri Defence saytı xəbər verir ki, bu barədə “Saab” şirkəti məlumat yayıb.

Məlumatda bildirilib ki, bununla bağlı “Saab” şirkəti G/ATOR radarının baş podratçısı olan “Northrop Grumman Systems” şirkətindən sifariş alıb.

Müqavilənin dəyəri 36,7 milyon ABŞ dolları təşkil edir. Müqavilə çərçivəsində “Saab” AN/TPS-80 G/ATOR radarının istehsalı üçün lazım olan komponentlər və alt sistemlərini 2020-2021-ci illərdə sifarişçiyə çatdıracaq.

KATEQORIYA:
Bu xəbəri paylaş